Haqqımızda


 

BEEM Engeneering & Trading - Azərbaycan Respublikasıərazisində mərkəzi havalandırma, kondisioner,isitmə, izolyasiya və mühafizə sistemləri sahəsində ixtisaslaşan şirkətdir. 

Şirkətin əsas xüsusiyyətləri:
1. Layihələndirmə, quraşdırma, avtomatika və servis sahələrində çalışan böyük mühəndis və mütəxəssis heyəti;
2. Dünyanın aparıcı və məhşur istehsalçıları ilə iş birliyi;
3. Satılan məhsullara, görülən işlərə uzunmüddətli zəmanətin verilməsi;
4. Müxtəlif formatlarda 24 saat servis.

 

1)İsitmə, soyutma və havalandırma sahəsində avadanlığın istehsalı  üzrə Sumqayıt şəhərindəki zavod.

Hazırda bizim zavod NORDVENT Lüftungstechniklə birgə olaraq, Azərbaycan və  Qafqaz bazarlarında məşhur olan mərkəzi kondisiyalaşdırma, rekuperasiya funksiyalı ventilyator, fankoyl və müxtəlif güclü ventilyatorların yığılması və  quraşdırmasına başlamışdır. Biz həmçinin, havalandırma sistemləri  üçün, alüminium şəbəkə, diffuzorlar, hava kanalları, özüboşaldan, qoruyucu şəbəkə, elastik düzbucaq formalı  birləşdirici uclar, elastik birləşdiricilər və  digərləri kimi aksessuarlar istehsal edirik.

 

2)Yüksək keyfiyyətli günəş kollektorları və su qızdırıcıların istehsalı  üzrə qabaqcıl  alman avadanlıqları ilə təchiz edilmiş yeni zavod.

Zavodda, SPL və SPS - qaynaq tipli günəş kollektorları, ikikonturlu su qızdırıcılar (daxildən yüksək keyfiyyətli mina və ya xrom ilə və xaricdən izolyasiya olunan) istehsal olunur. Bu növ kollektorlar qışda xərcləri 30%-ə qədər, yayda 100% və fəsillər arasında 50% qənaət etməyə imkan verir.

 

İzolyasiya sahəsində bizim şirkət, poliuretan əsasında yapışqan, istilik və hidroizolyasiya materiallarının istehsalı  üzrə Türkiyə zavodu ilə əməkdaşlıq edir. Poliuretan əsasında izolyasiyanın üstünlükləri:

  • Davamlılıq və sadəlik - hər 3-5 ildən bir dəyişmək lazım deyil
  • Bizim izolyasiya tikişsizdir və püskürdmə ilə  vurulur.
  • Vurulma sürəti - 100 kv.m. vurulması üçün bir saatdan bir az artıq vaxt tələb olunur
  • Material çox sıxdır, lakin bununla yanaşı olduqca yüngüldür buna görə də konstruksiyanı korlamır.
  • Elastiklik -  öz xüsusiyyətlərini itirmədiyi və çatlamadığına görə Polyurea 300 %-ə qədər uzana bilir.
  • Bütün çatlaqları və səthdəki nahamarlıqları örtür.

Bu sahədə, həm dövlət, həm də özəl sektorda ölkə ərazisində bir sıra layihələri həyata keçirmişik. Məhsul beynəlxalq keyfiyyət standartı üzrə sertifikatlaşdırılmışdır.

 

Döşəmə örtüyü – hazırda böyük problemdir. Biz bütün gördüyünüz və istifadə etdiyiniz hər bir şeyin alternativini təklif edə bilərik - poliuretan əsaslı tökmə döşəmələr, cilalanmış beton(asfalt) və rezin anti - travmatik örtüklər. Onun müsbət cəhətləri arasında onu da qeyd etmək lazımdır ki, bu örtük növü uzunmüddətlidir, sadə, estetik cəhətdən gözoxşayan və hazırda bazarda mövcud, ona xas olan bütün mənfi cəhətlərdən azaddır.

 

Poliuretan əsaslı tökmə döşəmələr – epoksid döşəmələrdən fərqli olaraq çatlamır, daha uzun müddətlidir və görkəmindən geri qalmır. Cilalanmış beton, illərin sınağından keçmiş və xaricdə etibar qazanan yeni texnologiyadır. Müsbət cəhətləri: betonun davamlılığını artırır, cızılmır, ayaq izi və avtomobil şininin izlərini saxlamır, tozun yaranmasına səbəb olmur, çox gözəl görünür və ən əsası sürüşmür. Rezin örtüklər uşaq və idman meydançaları üçün ən yaxşı seçimdir. Onu vurmanın iki üsulu vardır - plitələrin düzülməsi şəklində (müxtəlif ölçü, forma və  rəngdə)  və bütöv döşəmə  formasında (rezin qırıntı və yapışqanların köməyi ilə).

 

Mühafizə sistemləri sahəsində biz, video müşahidə, yanğın təhlükəsizliyi və  siqnalizasiya xidmətlərini təqdim edirik. Bugünkü gündə, biz  həm böyük, həm də özəl şirkət kimi xidmət göstəririk. Bizim bu sahədə geniş iş təcrübəsinə malik mühəndis  və  montaj qrupumuz vardır. Biz, sistemlərdə istifadə  etdiyimiz bütün avadanlıqlar üzrə bir neçə aydan iki ilə qədər zəmanət veririk. Biz, Çinin, Avropanın və Koreyanın böyük şirkətləri ilə əməkdaşlıq edirik.